Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7,9 % azdır.

Təkcə mayda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.


Mənbə: unikal.az