Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu

Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək.

Bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, yeni "Qaz təchizatı haqqında" qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Mənbə: oxu.az