Azərbaycana elektromobil idxalı azalıb – 5 ayın rəsmi statistikası

Azərbaycana elektromobil idxalı azalıb –

Bu ilin yanvar-may aylarında Azərbaycan 12,35 milyon ABŞ dolları dəyərində 468 ədəd elektromobil idxal edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 39 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 3,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % az) 161 ədəd (-53 %), Böyük Britaniyadan 3 milyon ABŞ dolları dəyərində (+45 %) 7 ədəd (+40 %), Amerika Birləşmiş Ştatlarından 3 milyon ABŞ dolları dəyərində (-40 %) 193 ədəd (-30 %), Almaniyadan 2,2 milyon ABŞ dolları dəyərində (-70 %) 54 ədəd (-43 %), Meksikadan 317 min ABŞ dolları dəyərində (+4 dəfə) 27 ədəd (+7 dəfə) elektromobil alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan tədarük (36,4 min ABŞ dolları dəyərində 1 ədəd) həyata keçirilib.

Mənbə: bizim.media