ABŞ Azərbaycanın arpa istehsalı üzrə proqnozunu açıqladı

ABŞ-ın Kənd Təsərrüfatı Departamenti 2020-2021-ci illər üzrə aqrar mövsümdə postsovet ölkələrində arpa məhsulu üzrə gözlənilən məhsuldarlıqla bağlı reytinq cədvəlini dərc edib.

Bu barədə Departamentin hazırladığı "Taxıl: Dünya bazarı və ticarəti" adlı hesabatın yanvar sayında bildirilir.

Hesabata əsasən, postsovet məkanında arpa istehsalı üzrə reytinq cədvəlinə liderliyi Rusiya edir.

Növbəti yerlərdə isə Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycan qərarlaşıb.

Reytinq cədvəlində dünyada arpa istehsalı ötən ilin dekabr proqnozu ilə müqayisədə bu il üçün 0,01 % artaraq 157,19 milyon ton olacağı qeyd edilib.

Azərbaycanın arpa məhsulu üzrə istehsalı 2020-2021-ci mövsüm ilində 2019-2020-ci mövsüm ili ilə müqayisədə 4,53 % azalaraq 2018-2019 mövsüm ilinə nisbətən isə 0,03 % artaraq 0,97 milyon ton olacağı gözlənilir. Bu göstərici hesabatın ötən ilin dekabr sayındakı proqnoz ilə eynidir.

Qeyd edək ki, Rusiyada arpa istehsalı 2021-ci ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,32 % artaraq 20,60 mln ton, Ukraynada - 16, 4 % azalaraq 8 mln ton, Qazaxıstanda - 0,78 % azalaraq 3,8 mln ton, Belarusda - 4,37 % azalaraq 1, 05 mln ton təşkil edəcəyi gözlənilir.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

"Belçika klubu ilə razılaşa bilmədik" - Mahir Emreli

SONRAKI XƏBƏR

İstanbulda helikopter qəzaya uğradı