Neft məhsullarının qiyməti 500 dolları keçdi

Neft məhsullarının qiyməti 500 dolları keçdi

“Neft qiymətlərinin ardınca neft məhsullarının qiymətində dinamika davam edir. Nafta və yol nəqliyyatı yanacağının ( benzinin) qiyməti ton hesabı ilə 500 ABŞ dollarını keçib”.

Teleqraf.com xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

O bildirib ki, pandemiyada insanlar şəxsi avtomobil vasitələrinin imkanlarından daha çox yararlanıblar: “Bu da neft emalı zavodlarının normal material balansına çıxışını təmin edəcək. Nafta qiymətində artım birbaşa kimya zavodlarının xammala ehtiyacının artmasına işarədir. Son günlər neft-kimya məhsullarının qiymətlərində də sürətli artım müşahidə edilməkdədir. Bu o deməkdir ki, artıq istehsal və ticarət aktivliyi var”.

Mənbə: teleqraf.com