AQTA - dan mühüm addım: “Qida zəhərlənmələrinin qarşısı alındı”

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamıza gətirilən məhsullarla bağlı tədbirlər həyata keçirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İranın Cənubi Xorasan əyalətinin ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu baxımdan İranın Cənubi Xorasan əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İrandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


 

 

Qida təhlükəsizliyi üzrə mütəxəssis Elsevər Fərzəliyev mövcud durumla bağlı “Sherg.az”a danışıb.

Ekspert mikroorqanizmlərə yoluxmuş və tərkibində müəyyən dəyişikliklər əmələ gəlmiş, toksik maddələrlə zəngin olan qida məhsulların ölkəyə gətirilməsinə dair məhdudiyyətləri alqışladığını bildirib:

“Bu, AQTA-nın vaxtında atdığı addımdır. Ölkə əhalisinin sağlamlığının qorunması və çoxsaylı qida zəhərlənmələrinin qarşısını almaq üçün atılan vacib addımdır.

Məlumdur ki, AQTA ölkəyə gətirilən və çıxarılan, həmçinin ölkəmizdə emal edilən bütün məhsulların təhlükəsizliyinə görə cavabdehdir. Bu, rəsmi olaraq həmin quruma həvalə edilən tapşırıqdır”.

 

E.Fərzəliyev söyləyib ki, ölkəmizə hansısa dövlət təşkilatları tərəfindən əvvəlcədən bağlanmış müqavilə əsasında gətirilən məhsulları araşdırmaq lazımdır:

“Bəzən məhsullar biznesmenlər tərəfindən də gətirilir. Bu zaman həmin şəxsin ölkə əhalisinə göstərmədiyi qayğının şahidi ola bilərik. Ona görə də AQTA-nın bu istiqamətdə gördüyü işləri alqışlayıram. Arzu edirəm ki, bütün məsələlərdə belə operativ və obyektiv olsun”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Nəhayət, hüquqi müstəvidə “jurnalistin statusu” dəqiqləşdiriləcək - Media Agentliyindən maraqlı təşəbbüs...

SONRAKI XƏBƏR

AMADA-nın direktoru Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə məsləhətçi qrupunun üzvü seçilib