"Azəristilik" əhalini necə aldadır... - Donan bakılılara borc gəlir - Video

"Azəristilik" əhalini necə aldadır... - Donan bakılılara borc gəlir - Video

Paytaxtda mənzillərin istiliklə təminatında ciddi nöqsanlar var.

Qışa hazırlıqla bağlı yaydan verilən nikbin açıqlamaların əksinə olaraq qış aylarında müşahidə edilən çatışmazlıqlar havaların soyuduğu bu günlərdə özünü daha qabarıq şəkildə göstərir.

“İstilik sistemindən istifadə etmirik. Bina daxilində istilik xətti var. Mənzildaxili istilik sistemi yoxdur, sadəcə xətti keçir.

Xətdəki suyun temperaturu isə insan bədəninin normal hərarətindən azdır”.

Bunu Bakı şəhəri Yeni Günəşli V yaşayış sahəsi, ev 22 yaşayan Emil Abdullayev bildirib.

O bildirib ki istilik almadığı halda “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən borc gəlib: “Mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalısı üçün “Azəristiliktəchizat” dəfələrlə müraciət etdim.

Gəlib, yoxlasınlar, kim istilik alır, kim yox”.

Vətəndaş qeyd edib ki, istilik sistemindən istifadə etmədiyi halda ona 156 manat borc gəlib.

Məsələ ilə bağlı müraciət etsək də “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyevdən cavab ala bilmədik.

 

 

Mənbə: www.bizimyol.info