Qaz sayğacları hələ də sıfırlanmayıb? – AÇIQLAMA

Respublika ərazisində mexaniki-elektron qaz sayğacları üzrə illik limitin sıfırlanması prosesi başa çatıb.

ONN media bildirir ki, bunu axar.az-a bəzi rayonlarda sayğaclarda qaz limitinin sıfırlanmaması ilə bağlı iddialara cavab verən Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfər deyib. O bildirib ki, mexaniki-elektron sayğaclarının oxunuşuna ilin əvvəlindən start verilib:

“Yanvarın ilk 4 günü qeyri-iş günü olduğu üçün mexaniki-elektron sayğacların oxunuş prosesinin ayın 10-a qədər tamamlanacağı planlaşdırılmışdı. Ayın 9-u günorta saatlarına qədər 1 milyon 282 min 500-dən mexaniki-elektron sayğacın oxunması təmin edilib və məlumatlar bazaya yüklənib. Məlumatların yüklənməsindən etibarən isə 2200 kubmetrlik güzəştli limit həddindən istifadəyə start verilib. Bu prosesin gedişatında biz əvvəlcədən abonentlərə müraciət edərək bildirmişdik ki, onların istəyindən asılı olaraq sayğac göstəriciləri vaxtından əvvəl, yəni yanvarın ilk günlərində bazaya yerləşdirilə bilər. Bunun üçün sayğacların fotolarını bizim yayımladığımız Votsap nömrəsinə göndərməli idilər. Bununla əlaqədar bizə 1334 foto göndərildi, lakin 142 foto yararlı olmadığı üçün onlar qeydə alınmadı”.

 

Onn.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın 30 ildə məscidlərlə bərabər Alban xristian irsinə də qənim kəsilməsinin səbəbi - Prezident beynəlxalq dairələr üçün də düşündürücü fakt verdi...

SONRAKI XƏBƏR

Üç ölkənin XİN başçıları "Şərq Tərəfdaşlığı" sammitini müzakirə ediblər