Bunu Almaniya Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Gönner bildirib.
Onun sözlərinə görə, sənaye sahəsində hər ay təxminən 15 min iş yeri itirilir ki, bu da ölkədə dərin struktur tənəzzülünün göstəricisidir.
BDI rəhbərinin fikrincə, deindustrializasiya prosesini hələ də dayandırmaq mümkündür. O hesab edir ki, bunun üçün əsas istiqamətlərdən biri süni intellekt texnologiyalarının sənayedə geniş tətbiqidir.
Gönner sənayedəki geriləmənin əsas səbəbləri kimi ABŞ-nin tarif siyasətini, Çinin aqressiv iqtisadi rəqabətini, Rusiya qazının tədarükünün dayandırılmasından sonra yaranan enerji böhranını, Yaxın Şərqdəki geosiyasi gərginliyi və COVID-19 pandemiyasının nəticələrini göstərib.
Mənbə: olke.az