Azərbaycanda məcburi ödətdirilən borclar – 2,5 DƏFƏ AZALIB

Azərbaycanda məcburi ödətdirilən borclar – 2,5 DƏFƏ AZALIB

Ədliyyə nazirliyinin icra orqanları tərəfindən 2020-ci ildə fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə 700 milyon manat vəsait ödətdirilib.

FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən iclasda bildirilib. Pandemiyaya görə, ödətdirilən məbləğ əvvəlki illərlə müqayisədə kəskin azalıb.

Belə ki, 2019-cu ildə hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın, vergi borcları ilə bağlı dövlət büdcəsinə isə 14,3 milyon manat vəsait ödətdirilmişdi.

 

Mənbə: fed.az