Azərbaycanın pomidor ixracı ilk dəfə - 200 Milyon Dolları Keçib

2020-ci ildə Azərbaycandan 201 milyon 353 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edilib. Azərbaycanın illik pomidor ixracının dəyəri ilk dəfə 200 milyon dollar səviyyəsini keçib.

FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə pomidor ixracı miqdar ifadəsilə 7,4%, dəyər ifadəsilə 6,4% artıb.

2019-cu ildə Azərbaycandan 189 milyon 292 min dollar dəyərində 174 min 548 ton pomidor ixrac edilmişdi.

2020-ci ildə ümumi ixracının 1,5%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 11%-i pomidorun payına düşüb.

Ötən il Azərbaycandan 11 milyard 889 milyon 300 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar, 1 milyard 851 milyon 267 min dollar dəyərində neft-qaz sektoruna daxil olmayan mallar ixrac edilib. 

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri

SONRAKI XƏBƏR

Fransada daha doqquz məscid bağlandı