Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

2021-ci ildə Azərbaycanın azad edilmiş ərazilərində sosial-infrastruktur layihələrinin reallaşdırılması təkcə qeyri-neft sənayesinin inkişafını sürətləndirməyəcək, həm də yeni iş yerləri yaradacaq.

Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrini icra edən Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə artıq müvafiq işçi qrupları yaradılıb, tədbirlər planı hazırlanıb:

"Azad edilmiş ərazilərin bərpası üzrə aparılacaq işlər, eləcə də bu ərazilərin təbii ehtiyatlarla zənginliyi qeyri-neft sektorunun inkişafına xidmət edəcək və yeni imkanlar yaradacaq".

O xatırladəb ki, son dövrlərdə Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft sahələrinin payı artır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Tramp onun istefasını dəstəkləyən partiyadaşları barədə məlumat tələb etdi

SONRAKI XƏBƏR

“8 Noyabr” metrostansiyası nə zaman açılacaq? - AÇIQLAMA