"Şahdağ Turizm Mərkəzi"nin bölüşdürülməmiş zərəri 65 mln manatı ötüb

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2019-cu ili 20,431 milyon manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 25,6 % azdır.

QSC-nin cəmi gəlirləri 20,366 milyon manat (2018-ci illə müqayisədə 0,6 % az), cəmi xərcləri isə 35,87 mln manat (16,3 % az) təşkil edib.

2019-cu il ərzində "Şahdağ Turizm Mərkəzi"nin əsas əməliyyat gəlirləri 8,639 milyon manat (2018-ci illə müqayisədə 13,1 % az), dövlət büdcəsindən subsidiya 10,169 milyon manat (dəyişməyib), sair gəlirlər 1,561 milyon manat (4,2 dəfə çox) olub.

QSC-nin hesabat dövründə istifadə edilmiş material ehtiyatları 2,722 mln manat (35,4 % az), işçi heyəti üzrə xərcləri 3,681 mln manat (14,9 % az), amortizasiya xərcləri 20,954 milyon manat (6,7 % az), kommunal xərclər 1,628 mln manat (17,9 % çox), sığorta xərcləri 1,537 mln manat (9,5 dəfə çox), digər xərclər 5,346 mln manat (1,9 dəfə az), maliyyə xərcləri 366 min manat (20,4 % çox) olub. Gəlirdən çıxılan vergilər 4,562 mln manat (4,5 % az) təşkil edib.

2020-ci il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi" bölüşdürülməmiş zərəri 65,29 mln manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,9 % çoxdur.

Hesabat dövründə "Şahdağ Turizm Mərkəzi"nin cəmi aktivləri 4 % azalaraq 483,627 mln manata, öhdəlikləri 5,7 dəfə azalaraq 2,142 mln manata, balans kapitalı 2 % azalaraq 481,485 mln manata düşüb.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

"Prezidentin bu hərəkəti dünya liderlərinə örnək olmalıdır" - Hacı Şahin

SONRAKI XƏBƏR

Sevdanın əri ilə nikahından FOTOLAR