Azərbaycan buğda idxalını - 14% Azaldıb

Azərbaycan buğda idxalını - 14% Azaldıb

Ötən il Azərbaycan 296,9 mln ABŞ dolları dəyərində 1 mln 365,1 min ton buğda idxal edib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 43,6 milyon ABŞ dolları (12,8 %) və 219,9 min ton ( 13,9 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,77 %-ni təşkil edib. (Report)

Mənbə: fed.az