Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin idxalına xərclər 24 % artıb

Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin idxalına xərclər 24 % artıb

Ötən il Azərbaycan 1 mlrd 549 mln ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

Moderator.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 23,8 % çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 14,43 %-ni təşkil edib.

 

Mənbə: moderator.az