ABŞ-da işsizliyə görə müavinətlər üçün müraciət edənlərin sayı həftədə 1 milyon nəfərə çatır

ABŞ-da işsizliyə görə müavinətlər üçün müraciət edənlərin sayı  həftədə 1 milyon nəfərə çatır

ABŞ-da işsizliyə görə müavinətlər üçün müraciət edən insanların sayı ötən həftə ərzində 965 min nəfərə yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, avqustun sonundan etibarən ən yüksək göstəricidir və koronavirusun yayılmasının müxtəlif sektorlarda işdən qovulma hallarının artmasına səbəb olmasının sübutudur.

Pandemiyadan əvvəl həftəlik müraciətlər adətən təxminən 225 min təşkil edirdi. Ötən yaz ştat administrasiyaları bütün ölkə üzrə müəssisələrin bağlanmasına şərait yaratdıqdan sonra onların sayı təxminən 7 milyona yüksəlmişdi. Yayda müraciətlərin sayı azaldı, lakin sentyabrdan etibarən həftəlik ərizələrin sayı 700 minə çatmışdı.

Ölkədə pandemiyadan əvvəlki vəziyyətlə müqayisədə iş yerlərinin sayı təxminən 10 milyon azalıb. Ötən ilin mayından bəri 56 faiz iş yeri bərpa edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

 

Mənbə: news.milli.az