Azərbaycan şəkər ixracını 2,3% azaldıb

Azərbaycan şəkər ixracını 2,3% azaldıb

2020-ci ildə Azərbaycan 60 643,08 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,3% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il ərzində 26 904,28 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 0,1% çoxdur.

Ötən ilin nəticələrinə görə, şəkərin ümumi ixracda xüsusi çəkisi 0,2%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,45%-ə bərabər olub.

 

Mənbə: apa.az