Dollar və avro kəskin bahalaşdı - Ermənistanda kritik durum

Dollar və avro kəskin bahalaşdı - Ermənistanda kritik durum

Ermənistanın milli valyutası - dramın devalvasiyası davam edir. Hazırda ölkədə xarici valyuta getdikcə bahalaşır.

Teleqraf.com xəbər verir ki, Ermənistanda son həftə satışa çıxarılan dolların dəyəri 1,5, avro 2, rus rublu 1,27 dram artıb.

Ötən gün İrəvandakı valyutadəyişmə məntəqələrində bir ABŞ dollarını 527, avronu isə 648 drama almaq mümkün olub. Rus rublunun müəyyən edilən minimum məzənnəsi isə 7,27 olub. Halbuki, müharibə zamanı bir dollar 495 dram olub.

Beləliklə son bir neçə ayda dollar ən azı 32 dram, başqa sözlə 6,47 faiz bahalaşıb.

Erməni iqtisadçıları dolların kəskin bahalaşmasını vətəndaşlar arasında gələcəyə dair gözləntilərin olmaması ilə əlaqələndirir və qeyd edirlər ki, insanlar pullarını dollara çevirirlər.

Dekabr ayı ərzində mağazalarda bir sıra qida məhullarının bahalaşması müşahidə edilib. İqtisadçılar buna səbəbin dolların dram qarşısında bahalaşmasında görürlər.

 

Mənbə: teleqraf.com