Bərdə-Ağdam dəmiryolu xətti bərpa edilir - VİDEO

Bərdə-Ağdam dəmiryolu xətti bərpa edilir - VİDEO

Bərdə-Ağdam dəmiryolu xəttinin tikinti-yenidən qurulma işlərinə başlanılıb. Xəttin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən qurulur. İlkin olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə 26 km-lik Təzəkənd-Ağdam dəmiryolu bərpa ediləcək.

Qeyd edək ki, Bərdə-Ağdam dəmiryolu xətti Yevlax-Xankəndi dəmiryolunun bir hissəsidir. Ötən əsrin 90-cı illərində Xankəndinin və Ağdamın işğalı nəticəsində bu xətt yararsız vəziyyətə düşdüyündən, uzun illərdi qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası idi. Artıq Vətən Müharibəsindəki qələbəmizdən sonra ölkə başçısının sərəncamı ilə bu dəmiryolu xətti də yenidən qurularaq vətəndaşlarımızın işini asanlaşdıracaq.

 

Mənbə: www.realtv.az