Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır (VİDEO)

Benzin və dizelin pərakəndə satış qiymətinin dəyişməsi ikinci əl avtomobillərin satış qiymətinə təsir edib. Ekspertlər bildirir ki,son günlər daha çox mühərrik həcmi az olan, dizellə çalışan və hibrid avtomobillərinə təlabat artıb. Təbii ki,bəzi ölkələrin istehsalı olan avtomobillərin qiymətində də artım müşahidə olunur.

Ekspert Sərxan Qədirovun sözlərinə görə, hazırki vəziyyətdə dizellə çalışan,hibrid və elektrik avtomobillərə təlabat artıb.Araşdırmalar göstərib ki, mühərrik həcmi 3 min sm3 və daha böyük olan avtomobillərin qiyməti ucuzlaşıb.Kiçik mühərrikli dizellə çalışan avtomobillərin qiymətində isə artım var..

Sərxan Qədirov deyir ki, ucuz ikinci əl rusiya istehsalı olan avtomobillərinə də təlabat artıb.Elə buna görə də bu avtomobillərin qiymətində də artım müşahidə olunur.

Ümumiyyətlə mühərrik həcmi 1600 sm3 qədər olan avtomobillərə daha çox üstünlük verilir...Çünki bu avtomobillər yanacaq az işlətdiyindən alıcıların marağı daha çox bu maşınlaradır...Ancaq buna baxmayaraq pandemiya səbəbindən alqı-satqı müəyyən qədər azalıb və alıcılıq qabiliyyəti də xeyli aşağı düşüb.//Xəzər TV

 

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir - Saxlanılanlar var

SONRAKI XƏBƏR

Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb