Mərkəzi Bankın hazırkı binası söküləcək? – AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərdən biri də Mərkəzi Bankın yeni inzibati binası tikildikdən sonra könə binanın sökülüb-sökülməyəcəyidir. Bəzi iddialara görə, yeni inzibati binadan sonra Rəşid Behbudov küçəsində yerləşən hazırkı bina söküləcək.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Mərkəzi Bankın hazırkı binasının söküntüsü planlaşdırılmır:

“Mərkəzi Bankın yeni inzibati binasının tikintisi planlaşdırılır. Hazırki binanın söküntüsü ilə bağlı Komitəyə müraciət edilməyib”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Gülşən Bubikoğlu yeni görünüşünü paylaşdı

SONRAKI XƏBƏR

Düşmənin dağın altında yerləşən bunkeri, labirintə bənzər tunelləri... ORDUMUZ BU CÜR İSTEHKAMLARI YARIB - VİDEO