Azərbaycanın Belarusla ticarət dövriyyəsi artıb

2020-ci ildə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu göstərici 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.

Unikal.org xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il ərzində Belarusdan Azərbaycana ixracın dəyəri 148,2 milyon dollar, ölkəmizdən Belarusa isə 165 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları keçib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Əfqanıstanda silahlılar hakim qadınları güllələdi

SONRAKI XƏBƏR

Elçibəyin 39 il əvvəlki FOTOSU yayıldı