Dövlət əmlakı olan 54 nəqliyyat vasitəsi hərracda satıldı

Dövlət əmlakı olan 54 nəqliyyat vasitəsi hərracda satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 54 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən verilən məlumata görə, növbəti nəqliyyat hərracları 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək.

Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir. 4 avqust tarixli hərracda start qiyməti 172 min 500 manat olan “Point Brower D” markalı gəmi də təklif olunur.


Mənbə: unikal.az