Azərbaycan ötən il 142 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan ötən il 142 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan ötən il 142 183,11 min. ABŞ dolları dəyərində polietilen və polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ildə ölkədən ixrac edilən polietilenin dəyəri 77 721,4 min dollar təşkil edib. Ötən il Azərbaycan 110 671,03 ton polietilen (ilkin formalarda) ixrac edib.

Azərbaycanın 2020-ci ildə qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 4,2% təşkil edib.

Bundan başqa, ötən il Azərbaycan 64 461,71 min dollar dəyərində 77 526,44 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın 2020-ci ildə qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 3,48% təşkil edib.

Mənbə: apa.az