Rusiya buğda ixracını məhdudlaşdıra bilər

Rusiya buğda ixracını məhdudlaşdıra bilər

Rusiya buğdasının fyuçerslərinin dəyəri 2014-cü ilin aprel ayından bəri ilk dəfə 1 tona görə 300 ABŞ dolları həddinin keçib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, fiziki olaraq bazarda kotirovkalar həmin səviyyədə olmasa da, burada da qiymətlər artıq 290 dollara çatıb. Qiymət artımının əsas səbəbi kimi Rusiya hökumətinin buğda ixracının məhdudlaşdırılması planları göstərilir.

Qeyd edilir ki, xaricə satılan buğdaya qoyulan rüsum 1 martdan 30 iyunadək 1 tona görə 50 avroya qədər qaldırılacaq. 15 fevraldan isə rüsum 25 avro təşkil edəcək.

Xatırladaq ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan 260,459 mln. dollarlıq 1,218 mln. ton buğda idxal edib.

Mənbə: apa.az