“Əhalinin 42 faizi artımlardan bəhrələnib”

“Əhalinin 42 faizi artımlardan bəhrələnib”

“Yanvarın 1-dən etibarən Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb. Bu ödənişlərin həyata keçirilməsində ciddi irəliləyişlər var. İndiyə qədər şəhid ailələrinin 95 faizə yaxını ziyarət edilib. Hazırda nazirlik həm paytaxtda, həm də regionlarda qazilərin də ailələrini ziyarət edir və sosial dəstək layihələri həyata keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, 2020-ci ildə nazirlik tərəfindən 3 milyard manatlıq sosial dəstək tədbirləri həyata keçirib:

“Təkcə 2019-cu ildə mərhələli şəkildə 2,3 milyard manatlıq əlavə maliyyə yüklü sosial dəstək tədbiri həyata keçirilib. 2020-ci ildə isə bu maliyyə yükü bir az da artıb və 3 milyard manata çatıb. Bu bizə 2 il ərzində 5,3 milyard manatlıq sosial dəstək tədbirləri həyata keçirməyə imkan yaradıb. 4,2 milyon vətəndaş - əhalinin 42 faizi bu artımlardan bəhrələnib. Son 2 ildə sosial ödənişlərə xərclənən vəsait nazirliyin büdcəsi baxımından 1 milyard manat artmışdısa, bu müddət ərzində dövlət bücdəsindən transfertin məbləği isə 11 faiz azalıb. Bu imkan verir ki, sosial xərcləri artıraq, dövlət büdcəsinə maliyyə təzyiqini azaldaq və sosial dəstək dayanıqlı olsun”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az