Taksilər bahalaşmaya görə QAZLA İŞLƏYƏCƏK?

Taksilər bahalaşmaya görə QAZLA İŞLƏYƏCƏK?

Məlumdur ki, ölkəmizdə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Yanacağın bahalaşmasından sonra taksi xidmətlərinin bahalaşdığı bildirilir. Həmçinin bəzi taksi xidmətlərinin bununla bağlı benzindən maye- qaz sisteminə keçdiyi də vurğulanır.

Ekspertlər qaz sisteminə keçilmədə təhlükəsizlik baxımından müəyyən problemlər yaşanılacağını deyirlər.

Maraqlıdır, qeyd olunan məsələni nəzərə alsaq, avtomobillərin qaz sisteminə kütləvi keçməsi və müəyyən narahatlıqlar ola bilərmi ?

Bununla bağlı Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb:

"Yanacağa olan təlabat müxtəlif istiqamətlərdə dəyişir. Taksilərin qaz qurğularına keçməsi məsələsi son qiymət artımından sonra baş verdi. Hətta bəziləri benzindən dizelə qayıtmaq, benzini qazla əvəzləməyə çalışır. Bu hal əsasən taksi sürücüləri arasında baş verir. Bir tərəfdən qiymət artımına görə insanlar narazılıq edirlərsə, digər tərəfdən onları da anlamaq lazımdır.

Hər dəfə yanacaqda qiymət artımı baş verdikdə taksi sürücülərində qaz balonu quraşdırmaq üçün müraciət edənlərin sayı artır. Bu qiymət artımında da baş verdi və biz bunu müşahidə edirik. Taksi sürücüləri normal qazanc etmələri üçün alternativ variantlara müraciət edirlər. Bu variantların ən sərfəlisi isə yanacağa qənaət etmək məsələsidir.

Azərbaycanda bir çox şirkətlər var ki, avtomobillərə qaz balonları quraşdırır. Bunların arasında özünü doğruldan nadir şirkətlərə rast gəlinir. Digərləri isə Çin istehsalı olan avadanlıqlardan istifadə etməklə, ucuz qaz balonu quraşdırmağı təklif edirlər. Hətta kredit şərtləri var. Bu məsələdə müəyyən problemlər ortaya çıxır ki, bunlardan biri də quraşdırılma ilə bağlıdır. Bir az baha olsa da, keyfiyyətli, zəmanətli qurğulardan istifadə etməyi tövsiyyə edərdim".



 

Mənbə: sonxeber.az