Bu şəxslərə 190 manatın verilməsi dayandırılıb - NAZİRLİKDƏN AÇIQLAMA

Bu şəxslərə 190 manatın verilməsi dayandırılıb - NAZİRLİKDƏN AÇIQLAMA

“Karantin rejimi ərzində 190 manat üç dəfə 600 min nəfərə, üç dəfə isə xüsusi karantin rejiminə daxil olan ərazidə yaşayan şəxslərə verilib”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. O, mətbuatda yayılan bəzi məsələlərə aydınlıq gətirib:

“Azərbaycanda xüsusi karantin rejimi ölkə üzrə tətbiq edildiyi zamanlar 600 min nəfərə 190 manat birdəfəlik yardım olunub. Daha sonra isə bəzi rayonlarda sərt karantin rejimi aradan götürüldü və buna görə də həmin rayonların sakinlərinə 190 manatın verilməsi dayandırıldı. Ümumilikdə üç dəfə 600 min nəfərə, üç dəfə isə xüsusi karantin rejimi tətbiq edilən ərazidə yaşayan vətəndaşlara 190 manat birdəfəlik ödəmələrin verilməsi həyata keçirilib”.

Mənbə: redaktor.az