Türkiyə Azərbaycana avtomobil ixracını artırıb – Hesabat

Türkiyə Azərbaycana avtomobil ixracını artırıb – Hesabat

19 yanvar, Fineko/abc.az. 2020-ci ildə Türkiyənin avtomobil sənayesi Azərbaycana 10 milyon 493 min dollarlıq minik avtomobilləri ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin hesabatında qeyd olunub. Bildirilib ki, 2019-cu illə müqayisədə ötən il ixrac 252% artıb.

Ümumilikdə isə 2020-ci ildə Türkiyənin avtomobil sənayesinin Azərbaycana cəmi ixracı 46 milyon 495 milyon dollar təşkil edib. Bu da 2019-cu illə müqayisədə 21% çoxdur.

Müəllif: Elmir Murad

Mənbə: abc.az