AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı

AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı

Bakı. Samir Əli - Trend:

Ölkədə qeyri-sabit hava şəraiti proqnozuna əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq agentliyin yerli idarə və təşkilatlarında hazırlıq prosesi başa çatıb: "Ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi payız - qış mövsüünə hazırlıq işlərinə ötən il oktyabrın 1-dən başlayıb. Bununla bağlı tədbirlər planı hazırlanıb və planın həyata keçirilməsinə start verilib. Rüspublika üzrə qarın təmizlənməsi və duz-qum ehtiyyatının daşınması üçün 400-dən artıq maşın mexanizm hazır vəziyyətə gətirilib. Sabahkı qeyri-sabit hava şəraiti ilə bağlı 800 ton qum-duz ehtiyatı görülüb. Bakıda hələ ki qeyri-sabit hava şəraiti hiss olunmasa da, regionlarda artıq avtomobil yollarının buz bağlaması müşahidə olunur. Bu cür hallar müşahidə olunarkən dərhal əraziyə müdaxilə olunur və problem aradan qaldırılır. Artıq rayonlara gedən yolların enişli-yoxuşlu ərazilərində yolların kənarlarına duz-qum ehtiyyatları yığılıb, sərt hava şəraitinə hazırlıq görülüb".

A.Nəcəfli bildirib ki, artıq bakı şəhərində də maşın mexanizmlər, duz qum ehtiyatları və agentliyin əməkdaşları hazır vəziyyətdədir: "Paytaxt ərazisində hər hansısa bir problem yaşanarsa, əməkdaşlarımız dərhal həmin əraziyə müdaxilə edərək problemi aradan qaldıracaq. Sinobtiklərin proqnozuna görə, qar yağmaq, buz bağlamaq ehtimalı olan ərazilərdə əməkdalarımız növbəli şəkildə gücləndirilmiş rejimdə çalışır. Agentlik əməkdaşları paytaxtda şəhərətrafı, qəbəbəarası yollara, əsas küçə və prospektlərə nəzarəti gücləndirib. Paytaxtın digər yollarına isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edir".

Mənbə: az.trend.az