Azərbaycan və İranın birgə iqtisadi komissiyasının 14-cü iclası keçirilib

Azərbaycan və İranın birgə iqtisadi komissiyasının 14-cü iclası keçirilib

...Tehranda İranla Azərbaycanın birgə iqtisadi komissiyasının 14-cü iclası keçirilib

Tehranda İranla Azərbaycanın birgə iqtisadi komissiyasının 14-cü iclası keçirilib.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter səhifəsində paylaşım edib.

Bildirilib ki, Tehranda keçirilən iki ölkənin birgə iqtisadi komissiyasının növbəti iclasında nəqliyyat, enerji, sənaye, ticarət, telekommunikasiya, yeni texnologiyalar, səhiyyə, əczaçılıq, mədəniyyət, turizm, əkinçilik, bank və sığorta sahələrinə aid məsələlər müzakirə edilib.

İranın səfiri, bu iclası, iki ölkənin birgə iqtisadi komissiyasının ən məhsuldar toplantılarından biri olduğunu yazıb və əlavə edib ki, natamam qalmış əksər layihələrin işi yekunlaşıb.

O, əlavə edib ki, Azərbaycanın azad edilmiş ərazilərində İran şirkətlərinin yenidənqurma və bərpa istiqamətində fəaliyyəti üçün imkanlar yaradılıb.

Mənbə: www.interaztv.com