Pomidoru xarici ölkələrə bu qiymətə satırıq – RƏSMİ MƏLUMAT

Pomidoru xarici ölkələrə bu qiymətə satırıq – RƏSMİ MƏLUMAT

2020-ci ildə neft, qaz və neft məhsullarından sonra Azərbaycandan xarici ən çox pomidor satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il xaricə 187 min 539,4 ton pomidor satılıb. Satılan pomidorun ümumi dəyəri 201 milyon 353,5 min dollar olub. Bu isə o deməkdir ki, ixrac olunan 1 kiloqram pomidorun gömrük dəyəri 1 manat 82 qəpik (1,07 dollar) olub.
Müqaysə üçün bildirək ki, 2019-cu ildə xaricə 174 min 548,2 ton pomidor satılıb. Satılan pomidorun ümumi dəyəri 189 milyon 292,3 min dollar olub. İxrac olunan 1 kiloqram pomidorun gömrük dəyəri 1 manat 84 qəpik (1,08 dollar) olub.

Mənbə: www.yeniavaz.com