Beynəlxalq Enerji Agentliyi: İlin ikinci yarısında neft tələbatında artım gözlənilir

Beynəlxalq Enerji Agentliyi: İlin ikinci yarısında neft tələbatında artım gözlənilir

Qlobal neft tələbatındakı hazırkı canlanma əsasən maliyyə və pul dəstəyi paketlərinin təsirini, həmçinin yeni növ koronavirus (COVID-19) epidemiyasına qarşı iqtisadi addımların effektivliyini əks etdirir.

Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Agentliyə görə, dünyada COVID-19-a yoluxma hallarının sayındakı artım iqtisadi canlanmanı ləngitsə də, peyvədləmə prosesinin yayılması və iqtisadi fəaliyyətdəki canlanmanın ilin ikinci yarısında neft tələbatında daha güclü böyüməni stimullaşdıracağı gözlənilir.

Mənbə: vergiler.az