Ötənilki təbii fəlakətlər dünyaya 210 mlrd. dollara başa gəlib

Ötənilki təbii fəlakətlər dünyaya 210 mlrd. dollara başa gəlib

Ötən il təbii və texnogen fəlakətlərin qlobal iqtisadiyyata vurduğu zərərin dəyəri 210 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in "Business Insider"ə istinadən verdiyi məlumata görə, bu barədə "Muenchener Rueckversicherungs-Gesellschaft AG" ("Munich Re") təkrar sığorta şirkətinin araşdırmasında deyilir.

Atlantik okeanın şimalında baş verən fırtınalara və ABŞ-ın qərbində qeydə alınan irimiqyaslı meşə yanğınlarından sonra bu göstərici 2020-ci ildə 26,5% artıb.

Ötən il təbii və texnogen fəlakətlər nəticəsində ən çox ziyan ABŞ-a dəyib. Belə ki, hesabat ilində ABŞ-a 95 mlrd. dollar (70,5%-i sığortalanıb), Asiyaya isə ümumilikdə 67 mlrd. dollar (cəmi 3 mlrd. dolları sığortalanıb) ziyan dəyib.

Qeyd edilir ki, sözügedən fəlakətlərin vurduğu ziyanın (210 mlrd. dollar) 82 mlrd. dolları sığortalı idi, bu da 2019-cu illə müqayisədə 43,9% çoxdur.

Mənbə: apa.az