Keçmiş deputatdan bahalaşmaya DƏSTƏK: - “Dünya bazarında qiymətlər artır, bizdə də...”

“Ölkədə bahalaşma getsə də, əhalinin maaş və pensiyasında artımın olduğunu nəzərə almalıyıq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə yanacağın qiymətinin artmasından sonra əhalinin sosial rifahını prioritet elan etmiş sol yönümlü siyasi təşkilatların əksər məhsulların qiymətinin artmasına laqeyd qalmasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Araz Əlizadənin sözlərinə görə, Azərbaycanda müşahidə olunan bahalaşma dünya bazarında davam edən tendensiyanın nəticəsidir:
“Yanacağın qiymətinin artması, o cümlədən, başqa məhsulların bahalaşması dünya bazarında gedən tendensiyanın nəticəsidir. O baxımdan, Azərbaycanda müşahidə olunan bahalaşma labüd prosesdir.
Siz bahalaşmanın olmadığı hansısa ölkəni göstərə bilərsiniz? Neft istehsalçısı olan və olmayan ölkələrin hamısında bu proses gedir. Digər tərəfdən, ölkədə bahalaşma getsə də, əhalinin maaş və pensiyasında artımın olduğunu nəzərə almalıyıq”.

Axin.az

ƏVVƏLKİ XƏBƏR

2024-cü ilədək Çin “Əşyalar interneti” üzrə ən böyük bazara çevriləcək

SONRAKI XƏBƏR

Ərdoğan: “İslahat gündəliyimizi formalaşdırmağa başladıq”