Daha iki şirkət Şimal Axınından imtina etdi

Daha iki şirkət Şimal Axınından imtina etdi

Almaniyanın “Bilfinger SE” şirkəti Şimal Axını-2 qaz kəmərinin inşasından çıxıb.

Qazet.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Şirkətin ABŞ-ın tətbiq edəcəyi sanksiyalar səbəbindən bu addımı atdığı bildirilib.

“Bilfinger” ABŞ-a göndərdiyi iki məktubda Avropanın enerji təhlükəsizliyinin müdafiəsi haqda Qanuna (PEESCA) əməl edəcəklərini və Şimal Axını ilə bütün ortaqlıqlardan və müqavilələrdən imtina edəcəklərini yazıb.

“Blumberq” agentliyi isə İsveçrənin “Zurich İnsurance” şirkətinin də Şimal Axını-2 layihəsindən çıxdığını bildirib. Məlumat şirkət tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, artıq yanvar ayı ərzində iki şirkət Şimal Axını-2 qaz kəmərinin tikintisində iştirakdan imtina edib.

Mənbə: qazet.az