2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb

2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar dünya aviaşirkətlərinin sərnişin daşımaları 2019-cu illə müqayisədə 60 faiz azalıb.

Trend bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) istinadən məlumat verir.

Qeyd olunur ki, ötən 1,8 milyard sərnişin daşınıb. 2019-cu ildə bu göstəric 4,5 milyard nəfərə bərabər idi.

Ötən il daxili reyslərdə azalma 50 faiz, beynəlxalq reyslərdə isə 74 faiz təşkil edib.

Eyni zamanda ICAO aviaşirkətlərin 2020-2021-ci illərdə ümumi itkilərinin 157 milyard dollara çatacağını proqnozlaşdırır.

Mənbə: az.trend.az