Yeni tranzit imkanları açılır - VİDEO

Yeni tranzit imkanları açılır - VİDEO

Rusiya, Azərbaycan və İran dəmiryollarını birləşdirəcək Şimal -Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi fonunda beynalxalq nəqliyyat layihəsi olan Bakı-Astara və Ərdəbil-Rəşt magistral yolları birləşdirilir. Bununla bağlı artıq Azərbaycanla İran arasında saziş imzalanıb.

Maraqlıdır, dəmir yollarının birləşməsi ölkələrə hansı dividentləri qazandıracaq?

İqtisadçılar hesab edirlər ki, Bakı-Astara və Ərdəbil-Rəşt magistral yollarının birləşməsi iki ölkə arasında idxal və ixrac əməliyyatlarını, ticarət dövriyyəsini artırmaq və tranzit imkanlarını yüksəltməklə yanaşı, Azərbaycan, İran və Qafqaz arasında dəhliz rolunu da oynaya bilər. Ən əsası məhsulların daha ucuz və tez müddətə çatdırılması təmin olunacaq. Xüsusilə də Rusiyadan İrana, İraandan Azərbaycana mal axınlarını artıracaq.

Dəhliz nəinki təkcə Azərbaycanın İranla, həmçinin ümumilikdə Hindistan, Çin və Fars körfəzi ölkələri, Avropa ilə idxal və ixrac əməliyyatlarını aparmaq imkanı yaradacaq.

 

Mənbə: www.realtv.az