Neft şirkətləri İran müharibəsindən milyardlar qazanır: Tramp “pulu xalqa paylayın” dedi

Neft şirkətləri İran müharibəsindən milyardlar qazanır: Tramp “pulu xalqa paylayın” dedi

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerikanın “ExxonMobil” və “Chevron” neft şirkətləri Hörmüz boğazındakı hərbi böhran fonunda daha artıq mənfəət əldə edirlər.

Tramp onları pərakəndə benzin qiymətlərini aşağı salmağa və əldə edilən gəliri əhali ilə bölüşməyə çağırıb.

Bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrə görə, “ExxonMobil” və “Chevron” şirkətləri ikinci rübdə birlikdə 29 milyard dollar və ya gündə 318 milyon dollar qazanıblar ki, bu da onların 2025-ci ilin eyni dövrü üçün mənfəətindən üç dəfədən çoxdur.

Onların mənfəət artımının əsas səbəbi Hörmüz boğazındakı böhranın yaratdığı yüksək neft qiymətləri, eləcə də benzin, dizel və aviasiya yanacağı satan neft emalı zavodlarının mənfəətində kəskin artım olub.

Ağ Evdə jurnalistlərə danışan Tramp, korporasiyaların "çox pul qazandığı" üçün vəziyyətdən narazı olduğunu bildirib və onları "bu pulun bir hissəsini cəmiyyətə qaytarmağa" çağırıb.

Mənbə: publika.az