ABŞın Rusiyaya hücumu davam edir: sanksiyalar genişləndirildi

ABŞın Rusiyaya hücumu davam edir: sanksiyalar genişləndirildi

ABŞ Maliyyə Nazirliyi CAATSA ("Sanksiyalarla Amerikanın Düşmənləri ilə Qarşıdurma haqqında") çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Qaynarinfo xəbər verir ki, məhdudiyyətlər, xüsusilə "Fortuna" gəmisinə toxunub. Bu, Nord Stream-2 qaz kəmərinin tikintisini başa çatdıran boruçəkən barjadır. Rusiyada yerləşən KBT-Rus şirkəti ("Fortuna”nın sahibi) də "qara siyahı”ya düşüb.

SDN siyahısında Venesuelaya qarşı sanksiyalar çərçivəsində iki tanker "Maksim Qorki”, "Sierra” və "Rustanker” şirkəti də yer alır.

Məhdudlaşdırıcı tədbirlərə ixracın qadağan edilməsi, bank və valyuta əməliyyatları, aktivlərin və əmlakın bloklanması daxildir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın yeni sanksiyalarını şərh edib. O, RİA Novosti-yə verdiyi müsahibədə Rusiyanın məhdudiyyətlərdən təəssfüləndiyini və layihəni sona çatdırmağa davam edəcəyini söyləyib.

 

Mənbə: qaynarinfo.az