Statistika Komitəsi: Azərbaycanda hər 4-5 nəfərdə biri sahibkardır

Statistika Komitəsi: Azərbaycanda hər 4-5 nəfərdə biri sahibkardır

Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 1 milyon 62 min 537 nəfər fərdi sahibkar olub.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, son bir il ərzində fərdi sahibkarların sayı 147 min 916 nəfər və ya 16,2% artıb.
Rəsmi məlumatlardan belə görünür ki, ölkə üzrə məşğul əhali arasında təxminən hər 4-5 nəfərdən biri sahibkardır. Statistika Komitəsinin məlumatına görə, ölkədə 4 milyon 876,6 min məşğul insan var.

Mənbə: www.yeniavaz.com