Cinayətə aparan karantin: Ailələrdə zorakılıq azalıb, ağır cinayətlər artıb - HESABAT

Cinayətə aparan karantin: Ailələrdə zorakılıq azalıb, ağır cinayətlər artıb - HESABAT

Koronavirus pandemiyası ilində Rusiyada ağır cinayətlərin sayı 14 faiz artıb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Ölkədə qeydə alınan cinayətlərin sayı ümumilikdə 1 faiz artıb. Ağır və xüsusilə cinayətlərin sayında isə 14 faiz artım var",- deyə DİN məlumatında bildirib.

Nazirliyin rəsmisi İrina Volk bildirib ki, 2020-ci ildə internetdə və mobil telefonla törədilən cinayətlərin sayında 90 faizlik artım olub. Bundan əvvəl verilən məlumatlarda ölkədə yanvar-oktyabr aylarında kibercinayətlərin sayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 75,1 faizlik artım olduğu bildirilmişdi.

Pandemiya evlərdən edilən oğurluqların sayını 22,2 faiz azaldıb. Buna səbəb sərt karantin tədbirləri çərçivəsində hər kəsin evə qapanması olub. Quldurluq və soyğunçuluq cinayətləri də müvafiq olaraq 21,3 və 14,6 faiz azalıb.

Ailə-məşiət zəminində cinayətlərin sayında 8,1 faizlik azalma var.

 

Mənbə: cebhe.info