Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu

Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu

Bu gün saat 21-də hərəkətə başlamalı olan Tbilisi-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.

Buna səbəb Tbilisi Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problem yaranması olub.

Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tbilisi qatarı Tbilisi Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı.

Mənbə: qafqazinfo.az