Bu işlərə niyə avqustun 15-də başlayacağımız müzakirə olunur.
Xitab24.az-a istinadla xəbər verilir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş media nümayəndələri və fikir liderləri ilə görüşdə bildirib.
V.Aslanov bunun səbəbini belə izah edib:
"Bu, bir layihədən ibarət deyil. Əsas mərhələdən biri də "Dərnəgül" deposunun hazır vəziyyətə gətirilməsidir. Biz bu deponu istismar vəziyyətinə gətirdiyimiz üçün işlərə avqustun 15-dən başlanacaq. Bununla bağlı hazırlıq işləri görülüb".
Qeyd edək ki, metroda xətlərin ayrılması işlərinin başlamasının məktəblərin açılmasına yaxın vaxta təsadüf etməsi müzakirələrə səbəb olmuşdu.
Mənbə: www.bakupost.az