"Xəzər dənizində ilk dəfə olaraq iki ölkə bir yatağı istismar edəcək"

"Xəzər dənizində ilk dəfə olaraq iki ölkə bir yatağı istismar edəcək"

Bu sözləri "Olaylar.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq Zaur Məmmədov bu gün Azərbaycan və Türkmənistan arasında imzalanan "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı Memurandomun çox önəmli olduğunu vurğulayıb.

"Azərbaycan və Türkmənistan arasında imzalanan "Dostluq" yatağı sazişi çox önəmlidir. 1990-cı illərdən Azərbaycan və Türkmənistan arasında Xəzərdəki orta xətt sərhədlərinə düşən bu yataqla bağlı danışıqlar gedirdi. Aparılan danışıqlar öz bəhrəsini verdi. Azərbycan və Türkmənistan xalqı üçün vacib olan bir memurandom imzalandı".

Politoloqun sözlərinə görə, bu memurandom Azərbaycan və Türkmənistanın enerji sahəsindəki nüfuzunun qalxmasına xidmət edəcək.

Memurandomun imzalanması ilə Xəzər dənizində ilk dəfə olaraq iki ölkə bir yatağı istismar edəcək, onu birlikdə istifadəyə veriləcək. Bu memurandom Azərbaycan və Türkmənistanın enerji sahəsindəki nüfuzunun qalxması və yeni geoiqtisadi mənzərənin yaranmasına da xidmət edəcək. Unutmaq olmaz ki, hər iki ölkə enerji resurslarına malikdir, hər iki ölkə dünya bazarına neft - qaz çıxarır. "Dostluq" yatağı ilə yəqin ki, Azərbaycan vasitəsilə Avropada daha bir enerji layihəsininn realaşmasının şahidi olacağıq.

Zaur Məmmədov yaxın zamanlarda iki ölkə arasında digər layihələrin reallaşdıracağını bildirib.

"Ümumilikdə bu gün imzalanan memurandom tarixi hadisədir. Bu, Azərbaycan və Türkmənistan xalqlar arasındakı dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Gülər Seymurqızı

Olaylar.az

Mənbə: olaylar.az