İxracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni bazarların araşdırılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumları – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində tədbirləri davam etdirirlər.
Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən və ixracda maraqlı olan sahibkarların Azpromo-ya müraciət etməsi tövsiyə olunur.
Mənbə: apa.az