ARDNF ötən il "AAA" və "A" reytinqli investisiya alətlərinə üstünlük verib

ARDNF ötən il "AAA" və "A" reytinqli investisiya alətlərinə üstünlük verib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında ("Cənub Qaz Dəhlizi", Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxma şərti ilə) 2020-ci il 31 dekabr tarixinə birinci yerdə (54,9% ilə) "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-in 2020-ci ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, investisiyaların 13,8%-i "AA" reytinqli, 22,5%-i "A" reytinqli, 7,4%-i "BBB" reytinqli, 1,4%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 37%-i 0-1 il, 29,6%-i 1-3 il, 21%-i 3-5 il, 12,4%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Xatırladaq ki, ARDNF-in cəmi investisiya portfeli 43 563,38 mln. manata çatıb.

Mənbə: apa.az