İran neft məhsulları ixracında böyük nailiyyətlər qazanıb

İran neft məhsulları ixracında böyük nailiyyətlər qazanıb

Eastnews.org-un verdiyi xəbərə görə, İran ABŞ sanksiyalarına baxmayaraq, neft məhsullarının ixracatında yüksək rəqəmlərə nail olub.

Bu barədə ölkənin neft naziri Bijan Namdar Zəngənə məlumat verib.

“Düşmənlər neft ixracatımızı sıfırlamaq istəsə də, həmkarlarımızın fədakarlığı sayəsində sanksiya dövründə neft məhsulları ixracatında rekord nəticə əldə edə bildik”, - nazir deyib.

O, son vaxtlar bilavasitə neft ixracatının da xeyli artdığını diqqətə çatdırıb.

Bundan əvvəl prezident Həsən Ruhani də son illər ümumi ixracatlarının xeyli azalması müqabilində 2021-ci ildə gündəlik neft ixracatını 2,3 milyon bareldən xeyli yüksək səviyyəyə qaldırmağı hədəflədiklərini bildirib.

 

Mənbə: eastnews.org