“Forbes” bakılı milyarder xanımı siyahısından sildi

“Forbes” bakılı milyarder xanımı siyahısından sildi

Anqolanın sabiq prezidenti Eduardo dos Santosun qızı İzabel dos Santos milyarderlər siyahısını tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, 2019-2020-ci illərdə aparılan istintaq nəticəsində onun Anqola və Portuqaliyadakı bütün aktivləri dondurulub. Bundan başqa 2020-ci ilin yayında Portuqaliya hökuməti hissələrinin 72 faizi İzabel dos Santosa məxsus olan “Efacec Power Solutions SGPS SA” şirkətini müsadirə etmişdi.

Nəticədə “Forbes” onun dondurulmuş aktivlərinin dəyərini sıfır olaraq qiymətləndirib. 2013-cü ildə İzabel dos Santosun varidatı 3.5 milyard dollar dəyərində qiymətləndirilirdi.

Qeyd edək ki, İzabel dos Santosun 1973-cü ildə Bakıda dünyaya gəlməsi haqqında məlumatlar yayılmışdı. İzabel dos Santos, Anqolanın sabiq prezidenti Jise Eduardi dos Santosun bakılı Tatyana Kukanova ilə nikahından olan ilk övladıdır. Anqolanın sabiq prezidenti vaxtilə Azərbaycan Neft Akademiyasının məzunu olub.axar.az

Mənbə: konkret.az