Neftçalada yollar əsaslı təmir edilir

Neftçalada yollar əsaslı təmir edilir

Neftçalada yol infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin iqtisadi inkişafı ilə bağlıdır. "OLAYLAR"-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2020-ci il proqramına uyğun olaraq, Həsənabad, Bankə və Xıllı qəsəbələrində və Neftçala şəhərində daxili yollarda əsaslı təmir işləri yekunlaşıb. Xıllı qəsəbəsi ( V.Məmmədov, İ.Nəsimi küçələri), Bankə qəsəbəsi (C.Mikayılov, Ə.Məmmədov küçələri ), Həsənabad qəsəbəsi (H.Z.Tağıyev, Q.Babayev) və Neftçala şəhərində (İ.Əbilov, Pambıqçı, S.Bayramov, C.Abdullayev) yollar əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

2020-ci ildə Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Seyidovun təşəbbüsü ilə cari təmir olunan K.Hüseynov küçəsi ( Neftçala şəhərində ) və M.Ə.Sabir küçəsi ( Həsənabad qəsəbəsində ) vətəndaşlarımızın istifadəsinə verilib. Vətəndaşlarımızı daha çox narahat edən digər yolların 2021-ci ildə əsaslı təmir olunması planlaşdırılıb. Qeyd olunan əsaslı və cari təmir olunan ünvanlarda yaşayan sakinlər razılıq və təşəkkürlərini bildirib.

2021-ci ildə eyni zamanda dövlət əhəmiyyətli yolların Şorsulu- Xol Qarabucaq- Xəzər, Neftçala- Kürkənd- 2 №-li Mayak avtomobil yolunun əsaslı təmir olunması üçün analiz-təhlil işləri yekunlaşdırılıb. 2021-ci ildə dövlət əhəmiyyətli yolların "2019-2023-cü illərdə Regionların sosial-iqtisadi inkişafı proqramı" çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmiri planlaşdırılıb.

Mənbə: olaylar.az